Məzmuna keç

İsrailin Yəmənə hücumu nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

İsrailin Yəmənin paytaxtı Səna və Cavf şəhərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “SABA” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində 165 nəfər xəsarət alıb.

Qeyd edək ki, həyatını itirənlərdən 5-i, yaralananlardan isə 31-i uşaqdır.

İsrail ordusu verdiyi açıqlamada Səna və Cəvf bölgələrində husi hədəflərinə hücumlar təşkil edildiyini və hədəflər arasında hərbi düşərgələr, Hərbi İctimai Əlaqələr Mərkəzi və yanacaq anbarının olduğunu iddia edib.

Humay Eminqızı