Məhkəmə prosesi yeməkxanada keçirildi - FOTO


  • 11:50

Türkiyədə Muğla Ədliyyəsi Əlavə Xidmət Binasında əmək mübahisəsinə dair iclasların yeməkxanada keçirilməsi hüquq ictimaiyyətində təəccüb və müzakirələrə səbəb olub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, məhkəmə zalının binanın yeməkxanası içərisində qurulması iclaslara qatılan vəkillər arasında narazılıq doğurub.

Vəkil Didem Alaca məhkəmə iclasının yeməkxanada keçirildiyini görüb və vəziyyətdən şoka düşdüyünü bildirib: "Əvvəlcə yeni məhkəmə zalı tikildiyini düşündüm, ancaq yuxarı çıxanda gördüm ki, məhkəmə zalı bufetin içərisində yerləşir. Biz yemək masalarının, salatların və çörəyin yanında oturmuşduq. Bu vəziyyət Türkiyədə məhkəmə sisteminin nüfuzuna xələl gətirir. Məhkəmələrdə belə şəraitin olması çox üzücüdür".

Binada asılmış lövhədə "Tək nömrəli işlərə dair dinləmələr yuxarı mərtəbədəki yeməkxanada keçiriləcək" yazılması da diqqət çəkib.

Vəkil əlavə edib ki, Muğlada üç məhkəmə binası mövcuddur və başqa yerlərin doluluğu səbəbilə belə qərar verilib.

Bu qərar hüquqşünaslar arasında geniş müzakirələrə səbəb olub və məhkəmə sistemində şəraitin yaxşılaşdırılması tələblərini artırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər