Türkiyədə məhbusların sayı artır - 11 yeni həbsxana tikiləcək


  • 11:58

Son illərdə Türkiyədə həbslərin artması və uzun həbs müddətlərinin artması həbsxanaların sayının da artmasına səbəb olub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 295 min nəfərlik cəzaçəkmə müəssisələrində məhbusların sayı 419 min 194 nəfərə çatıb.

Sentyabrın 1-nə olan məlumata görə, 356 710 nəfər məhkum, 62 484 nəfər isə saxlanılan şəxsdir.

Məlumata görə, 2025-ci ildə 11 yeni həbsxana tikiləcək.

2027-ci ilin sonuna qədər həbsxanalar üçün cəmi 23 585 milyard türk lirəsinin istifadə ediləcəyi proqnozlaşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər