- 19:09
Britaniya hakimiyyəti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını genişləndirib.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin rəsmi saytında qeyd edilib.
Məlumata əsasən, siyahıya 27-si hüquqi, 3-ü fiziki şəxs olmaqla 30 əlavə edilib.
Yaponiya Maliyyə Nazirliyi də anti-Rusiya sanksiyaları elan edib. Belə ki, ölkə Ukraynadakı vəziyyətlə əlaqədar 52 Rusiya təşkilatı və 10 Rusiya vətəndaşına məhdudiyyətlər qoyub.
Humay Eminqızı