- 19:09
Rusiya Ukrayna ilə danışıqların dayandırıldığını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
"Rusiya və Ukraynanın danışıqlar qrupları arasında təmaslarda fasilədən danışa bilərik. Rabitə kanallarımız açıq qalır. Çəhrayı eynək taxıb, danışıqlar prosesinin ildırım sürəti ilə nəticə verəcəyini gözləmək olmaz", - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Vladimir Putin Çində verdiyi açıqlamada "Zelenski danışmaq istəyirsə, Moskvaya gəlsin", - deyə bildirmişdi.
Putin, həmçinin Kiyevdə danışıqlar üçün siyasi iradənin olmadığını ifadə edərək, "Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə görüşmək üçün ən yaxşı yer Moskvadır" demişdi.
Ukrayna prezidenti Volodimir Zelenski isə Putinin danışıqlar üçün Moskvaya gəlmək dəvətini rədd edib: "Ölkəm bombardman altında olarkən mən Moskvaya gedə bilmərəm".
Şəbnəm Mehdizadə