Polşanın baş nazirinin avtomobili oğurlanıb


  • 15:56

Polşanın baş naziri Donald Tuskun Sopotdakı şəxsi iqamətgahının qarşısından 24 saat mühafizəçilər tərəfindən mühafizə olunan "Lexus" markalı avtomobili oğurlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin şəxsi avtomobili çərşənbə günü axşam saatlarında oğurlanıb.

Hadisənin aşkarlanmasından sonra polis intensiv axtarışlara başlayıb.

Baş nazir Tuskun avtomobili saatlar sonra təxminən 25 km aralıda Qdanskın Kokoşki rayonunda park edilmiş vəziyyətdə tapılıb.

Avtomobil polis bölməsinə aparılıb.

Oğru və ya oğruların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər