- 19:09
“Avropa İttifaqı (Aİ) Rusiya aktivlərinin oğurlanmasına görə Moskvanın sərt cavabı ilə üzləşəcək”.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Aİ Rusiyanın aktivlərinin oğurlanmasına getsə, bu addımın bütün qlobal maliyyə sistemi üçün nəticələri son dərəcə mənfi olacaq. Bu, belə bir cinayətdə iştirak edənlərə də təsirsiz ötüşməyəcək. Biz Rusiyanın suveren aktivlərinə sahiblikdən məhrum etmək cəhdləri ilə bağlı istənilən qeyri-dost hərəkətlərə sərt cavab verəcəyik”, - o vurğulayıb.
Zaxarova qeyd edib ki, Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalarının tətbiqindən zərər çəkmiş vətəndaşların və hüquqi şəxslərin maraqlarını qorumaq üçün əlindən gələni edir.
Humay Eminqızı