Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin həbs olunduğunu elan edib


  • 16:48

ABŞ prezidenti Donald Tramp canlı televiziya çıxışı zamanı Çarli Kirkə sui-qəsddə şübhəli bilinən şəxsin tutulduğunu açıqlayıb.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə "Fox News"a danışıb.

"Onu nəzarətə götürdük. Hər kəs əla iş gördü", - deyə o bildirib.

Qeyd edək ki, Yuta ştatında prezident Donald Trampa güclü dəstəyi ilə tanınan və xüsusilə gənclər arasında məşhur olan fəal və sosial media fenomeni Kirk sentyabrın 10-da Utah Valley Universitetində iştirak etdiyi tədbirdə güllələnib. Kirk açıq sahədə çıxış edərkən naməlum güllənin hədəfinə çevrilib.

Hücumdan qısa müddət sonra Tramp "Truth Social" hesabında Kirkin ölümünü elan edib.

"Böyük, hətta əfsanəvi Çarli Kirk vəfat etdi. ABŞ-da heç kim gənclərin qəlbini Çarlidən yaxşı başa düşmədi və ya onlara sahib çıxmadı. Çarli, biz səni sevirik", - deyə Tramp Kirklə bağlı paylaşımında bildirmişdi.

Kirk "X" sosial media platformasında 5,2 milyon, "TikTok"da isə 7,3 milyon izləyiciyə malik idi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər