BMT: 2,6 milyona yaxın əfqan qonşu ölkəsinə qayıdıb


  • 17:10

İlin əvvəlindən 2,6 milyona yaxın əfqan qonşu ölkələrdən geri qayıdıb.

E-huquq.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Əfqanıstan üzrə nümayəndəsi Ərafat Camal deyib.

O, Əfqanıstanın həm miqrasiya, həm də zəlzələ səbəbiylə böhran içində böhran yaşadığını bildirib.

Pakistandakı minlərlə əfqan qaçqınının zəlzələdən təsirlənmiş bölgələrə çətin şəraitdə geri döndüyünə diqqət çəkərək yalnız sentyabrın ilk həftəsində bu sayın təxminən 100 min nəfər olduğunu qeyd edib.

BMT nümayəndəsi artıq müdaxilə vəsaitlərinin tükəndiyi barədə xəbərdarlıq edib.

Bildirib ki, Əfqanıstan rəhbərliyinin maneə törətməsi nəticəsində BMT-nin Qaçqınlar üzrə Agentliyi ölkə üzrə nağd pul və dəstək mərkəzlərindəki fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb: "Əlavə maliyyə təmin olunmasa, bu üst-üstə düşən böhranlarla üzləşən əfqan ailələrinə həyat qurtarıcı yardımları davam etdirə bilməyəcəyik. Son hadisələrdən sonra regional geri dönüş çağırışımızı yenilədik və 258,6 milyon dollar tələb edirik".

Humay Eminqızı

Oxşar xəbərlər