Armaninin vəsiyyəti məlum oldu


  • 17:29

Məşhur İtalyan modelyer, “Armani” şirkətinin təsisçisi Corcio Armanini vəsiyyətnaməsi məlum olub.

E-huquq.az İtaliyanın “ANSA” xəbər agentliyinə istinadən xəbər verir ki, vəsiyyətinə uyğun olaraq, şirkətə nəzarət Corco Armani Fonduna keçəcək.

Vəsiyyətnaməyə əsasən, vəqf qüvvəyə mindiyi andan 18 ay ərzində şirkətin səhmlərinin 15 faizini satmağa borclu olacaq.

Bu satışda “LVMH”, “EssilorLuxottica” və L’Oréal” kimi qlobal lükslara üstünlük veriləcək.

Armani, həmçinin bildirib ki, gələcək pay satışlarında şirkətin kommersiya əlaqəsi olan digər moda və lüks brendlər də nəzərdən keçirilə bilər.

Xatırladaq ki, Corcio Armani sentyabrın 6-da 91 yaşında dünyasını dəyişib.

Humay Eminqızı

Oxşar xəbərlər