ABŞ Çin və Hindistana qarşı rüsum tətbiqini təklif edib


  • 20:39

ABŞ-nin Maliyyə Nazirliyi Avropa İttifaqı və “Böyük Yeddilik” (G7) ölkələrinə müraciət edərək Çin və Hindistana qarşı əhəmiyyətli gömrük rüsumlarının tətbiqini təklif edib.

E-huquq.az xəbər verir ki, bu təşəbbüs Rusiyadan neft idxalını dayandırmaq məqsədi daşıyır və münaqişə bitənədək qüvvədə qalması nəzərdə tutulur.

ABŞ tərəfi rüsumların 50%-dən 100%-ə qədər artırılmasını təklif edir.

Nazirlik bildirir ki, bu addım Rusiya-Ukrayna münaqişəsinin tezliklə başa çatdırılması üçün təzyiq vasitəsi olmalıdır.

Maliyyə Nazirliyinin nümayəndəsi "Aİ münaqişənin sona çatmasını istəyirsə, bizə qoşulmalı və bu tədbirləri dəstəkləməlidir. Rüsumlar müharibə bitən gün ləğv olunacaq”,-deyə bildirib.

Məlumata əsasən, ABŞ bu məsələ ilə bağlı G7 ölkələrinin maliyyə nazirlərinin iştirakı ilə xüsusi görüş keçirilməsini təklif edib.

Qeyd edək ki, 10 sentyabr tarixində ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından Rusiyanın müttəfiqlərinə qarşı 100%-lik gömrük rüsumları tətbiq etməyi tələb etmişdi. Tramp daha əvvəl ABŞ-ın Rusiya və Hindistan üzərində təsir imkanlarını itirdiyini bəyan etmişdi.

Oxşar xəbərlər