- 11:10
Suriya Prezidenti Əhməd əl-Şaara bəyan edib ki, ölkəsi parçalanmanı qəbul etmir və heç bir halda torpaqlarından imtina etməyəcək.
E-huquq.az xəbər verir ki, o, bu barədə SANA agentliyinə müsahibəsində bildirib.
Prezident Suriyanın heç bir dövlətlə gərginlik istəmədiyini, xarici siyasətini isə suverenlik və milli maraqlar əsasında qurduğunu vurğulayıb:
"Hər bir hakimiyyətin əsas vəzifəsi xalqı qorumaq və onların dolanışığını təmin etməkdir".
Onun sözlərinə görə, iqtisadiyyat yalnız ticarət və sərmayə ilə məhdudlaşmır, kənd təsərrüfatı və sənaye istehsalının artırılması da prioritetdir.
Əhməd əl-Şaara qeyd edib ki, məqsəd balanslı iqtisadi mühit yaratmaq və istehsal göstəricilərini yüksəltməkdir.