- 24 İyun 23:29
Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.
E-huquq.az xəbər verir ki, bununla da hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı məhkəməyə vəsatət vermiş, hakim təmin etməmişdi.