- 10:00
Türkiyənin Sivas şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivasın Suşehri rayonunda minik avtomobili ilə mikroavtobus toqquşub. Toqquşmadan sonra mikroavtobus aşıb.
Qəza nəticəsində 20 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər göndərilib.
Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən Suşehri Dövlət Xəstəxanasına çatdırılıb.
Şəbnəm Mehdizadə