Tramp Venesuelaya növbəti dəfə xəbərdarlıq etdi


  • 09:44

ABŞ prezidenti Donald Tramp Venesuelanın hərbi-dəniz qüvvələrinə yeni hücumlar edə biləcəyini söyləyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkdan Vaşinqtona qayıdan təyyarədə cari hadisələrlə bağlı mətbuatın suallarını cavablandırarkən deyib.

Tramp bəyan edib ki, ABŞ və Venesuela arasında gərginliyə səbəb olan narkotik kartelləri ilə mübarizə üçün Karib hövzəsinə göndərildiyi bildirilən ABŞ dəniz qüvvələri öz vəzifələrini davam etdirəcək.

"Venesueladan çoxlu narkotiklər gəlir. Biz onları sərhəddə uğurla dayandırırıq" - deyən Tramp əlavə edib.

O, bu tədbirlərin həm narkotik, həm də quldur qrupları ilə mübarizə üçün həyata keçirildiyini bildirib.

Ağ Ev rəhbəri Karib dənizində narkotiklə əlaqəli gəmiləri müəyyən etdikcə hücumlarına davam edəcəklərinə işarə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər