- 10:00
Meksikanın Yukatan əyalətində ağır yol qəzası baş verib.
E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, Merida-Kampeçe avtomobil yolunun 127-ci kilometrliyində inşaatçıları daşıyan mikroavtobus qarşıdan gələn avtomobillə toqquşub, daha sonra digər zolağa keçib və yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 15 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər mikroavtobusda sıxışanları çıxarmaq üçün uzun müddət mübarizə aparıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə