Nigeriyada avtobus çaya düşüb, 19 nəfər ölüb


  • 10:00

Nigeriyanın Zamfara əyalətində toy karvanında olan avtobus çaya düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verirki, bu barədə Nigeriya Milli Avtomobil Nəqliyyatı İşçiləri Birliyinin (NURTW) rəsmisi Abubakar Mohammed məlumat verib.

Onun sözlərinə görə, avtobus Zamfara əyalətinin Fass kəndi yaxınlığında çaya düşüb.

Qəza nəticəsində aralarında qadın və uşaqların da olduğu 19 nəfər ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər