- 14:10
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edəcəyini və federal nəzarət tətbiq edəcəyini bəyan edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Vaşinqtonun meri Muriel Bouzerin ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ilə əməkdaşlıq etməyəcəyini açıqlamasından sonra bu barədə xəbərdarlıq edib.
Tramp iddia edib ki, federal hökumətin müdaxiləsi sayəsində Vaşinqton bir neçə həftə ərzində ABŞ-nin və hətta dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevrilib.
Prezident şəhərin restoranlarının, mağazalarının və iş yerlərinin dolub-daşdığını qeyd edib.
Bouzerin şərhlərinə reaksiya verən Tramp deyib ki, bunun olmasına icazə versəm, cinayət hadisələri yenidən alovlanacaq.
"Buna icazə verə bilmərəm. Lazım gələrsə, milli fövqəladə vəziyyət elan edəcəm" - dyeə Ağ Ev rəhbəri əlavə edib.
Şəbnəm Mehdizadə