Şimali Koreyalı hakerlər Cənubi Koreya institutlarına kiberhücumlar təşkil edib


  • 13:07

Şimali Koreya ilə əlaqəsi olduğu iddia edilən haker qrupunun Cənubi Koreya institutlarına kiberhücum etmək üçün süni intellektdən istifadə etdiyi iddia edilir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Genians Təhlükəsizlik Mərkəzinin (GSC) hesabatında yer alır.

Belə ki, Şimali Koreya hökumətinin dəstəklədiyi iddia edilən Kimsuky haker qrupunun iyul ayında Cənubi Koreyanın bir neçə qurumuna kiberhücum təşkil etdiyini iddia edilir.

Hesabatda qeyd edilib ki, hakerlər hərbi vəzifəli şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı yazışma adı altında gizlənən və zərərli kodlardan ibarət məktublar göndəriblər.

Həmçinin qeyd edilib ki, istifadə olunan şəxsiyyət vəsiqəsi şəkilləri süni intellekt modeli tərəfindən yaradılıb.

Hesabatda həmçinin Şimali Koreyanın süni intellekt xidmətlərindən mürəkkəb və zərərli fəaliyyətlər üçün istifadə etmək cəhdlərinin artdığı iddia edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər