Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, saxlanılanlar var


  • 13:18

Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Baş Prokurorluğun apardığı istintaq çərçivəsində 25 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Mərkəzi Konya olmaqla Ankara, Antalya, İstanbul, Kocaeli, Samsun, Tokat, Siirt, Batman, Şanlıurfa, Malatya, Kahramanmaraş, Hatay, Bursa, Əskişəhər, Kütahya və Çorumda keçirilən əməliyyatlar zamanı 21 şübhəli saxlanılıb.

Araşdırmalar zamanı şübhəlilərin təşkilatın Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki gizli hərbi strukturunda xidmət etdiyi müəyyən edilib.

Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Saxlanılan şübhəlilərin istintaqı polis bölməsində aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər