Əsl vanilin qiyməti niyə yüksəkdir?


  • 14:10

Dünyanın ən qiymətli ədviyyatlarından biri kimi tanınan vanilin istehsal prosesi zəhmətli, tədarükü isə məhduddur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bitkinin ən diqqət çəkən xüsusiyyəti ildə bir dəfə çiçək açmasıdır.

Bu qısa müddət ərzində hər bir çiçək fərdi olaraq əl ilə tozlanır, bu da məhsuldarlığı məhdudlaşdırır və onun dəyəri olduqca yüksək olur.

Toz və ya vanil ekstraktlarından fərqli olaraq, əsl vanil paxlası istehsaldan istehlaka qədər intensiv əmək tələb edir. Məhsul yığıldıqdan sonra suya batırılır, günəşdə qurudulur və sonra həftələrlə davam edən fermentasiya prosesinə məruz qalır. Bu uzun və mərhələli proses vanili özünəməxsus qoxusuna çevirməklə yanaşı, həm də kiloqramının qiymətinin baha olmasına səbəb olur.

Vanil qiyməti və keyfiyyəti ilə seçilən nadir ədviyyatlardan biridir. Ən yüksək keyfiyyətli vanil çubuqları Madaqaskar, İndoneziya və Meksika kimi ölkələrdə istehsal olunur.

Bu bölgələrdən olan vanil "ədviyyatların qızılı" kimi tanınır və kulinariya ənənələrində xüsusi yer tutur.

Mütəxəssislər vurğulayırlar ki, vanil tozu və ya sintetik vanil əsl vanilin dadını və ətirini əvəz edə bilməz. Desertlərdə və xəmirlərdə istifadə edildikdə fərq dərhal nəzərə çarpır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər