Çin NATO ölkələrini hədələdi


  • 15:25

Şimali Atlantika Alyansına (NATO) üzv olan ölkələr ABŞ-nin təzyiqi altında Rusiya mənşəli neft almaq bəhanəsi ilə Çinə rüsumlar tətbiq etməyə çalışsalar, Çin qəti cavab verəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

"Çinin Rusiya da daxil olmaqla, dünya ölkələri ilə ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlığı qanunidir və heç bir irad doğurmur. Əgər Çin Xalq Respublikasının qanuni hüquqları və mənafeləri pozularsa, biz qəti cavab tədbirləri görəcəyik və suverenliyimizi və təhlükəsizliyimizi qətiyyətlə müdafiə edəcəyik", - nümayəndə vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər