Qəzzada ölənlərin sayı 65 minə çatır


  • 15:45

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 34 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 316 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 64 min 905 nəfərə, yaralı sayı isə 164 min 926 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər