ABŞ və Çin liderləri danışıqlar aparacaq


  • 17:14

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sentyabrın 19-da telefon danışığı aparacağını elan edib.

E-huquq.az xəbər verir ki, bu barədə o özünün “Truth Social” hesabında məlumat verib.

"ABŞ və Çin arasında Avropada ticarətlə bağlı böyük görüş çox yaxşı keçdi. Görüş tezliklə başa çatacaq. Həmçinin ölkəmizin gənclərinin həqiqətən xilas etmək istədiyi müəyyən şirkətlə bağlı razılıq əldə olundu. Onlar çox xoşbəxt olacaqlar! Cümə günü Sədr Si ilə danışacam. Münasibətlər çox güclü olaraq qalır!"

Qeyd edək ki, müəyyən bir şirkət deməklə Tramp, ehtimal ki, "TikTok" sosial media platformasının ABŞ-da fəaliyyətini davam etdirməsi ilə bağlı sövdələşməni nəzərdə tutur.

Humay Eminqızı

Oxşar xəbərlər