- 17:38
Türkiyənin Aydın şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Sultanhisar rayonunda orta məktəb şagirdlərini daşıyan mikroavtobusun uçurumdan yuvarlanması nəticəsində 5 nəfər xəsarət alıb.
Təcili yardım maşını ilə Nazilli Dövlət Xəstəxanasına çatdırılan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə