Yerə ən çox bənzəyən planet aşkarlanıb


  • 17:38

Yerə ən çox bənzəyən planet 40 işıq ili uzaqlıqda aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, astronomlar Yerə bənzər xüsusiyyətlərə malik yeni ekzoplanet kəşf etdiklərini elan ediblər.

James Webb Kosmik Teleskopu (JWST) ilə aparılan müşahidələr göstərir ki, TRAPPIST-1e adlı planetin yaşayış üçün əlverişli atmosferi ola bilər.

Kəşf edilən planeti sistemi Yer ölçüsündə yeddi qayalı planetə ev sahibliyi edir. Onun Venera və ya Mars kimi sıx karbon dioksid atmosferinə malik olmadığını, əksinə Yerdəki kimi azotun üstünlük təşkil etdiyi atmosferə malik ola biləcəyi ehtimal edilir.

Tədqiqatı aparan alimlər JWST-nin dörd fərqli tranzit müşahidəsini təhlil ediblər. Nəticələr hələ dəqiq deyil və qeyd olunur ki, planetin atmosferi ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər