- 23:29
İsrailin Qətərin paytaxtına hücumu sübut etdi ki, heç bir islam və ərəb ölkəsi İsrailin təcavüzündən sığortalanmayıb.
E-,huquq.az xəbər verir ki, bunu Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində çıxışı zamanı İran prezidenti Məsud Pezeşkian deyib.
"Qətərə hücum göstərdi ki, heç bir ərəb və ya islam ölkəsi bundan sığortalanmayıb. Gələcəkdə istənilən paytaxt İsrail tərəfindən hücuma məruz qala bilər" - Pezeşkian qeyd edib.