Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə ediblər


  • 15 Sentyabr 23:29

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Görüş zamanı Kostanyan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları müzakirə edib.

Həmsöhbətlər Ermənistanın Avropaya inteqrasiyasının daha da dərinləşdirilməsi perspektivlərini və bu kontekstdə Ermənistan-Fransa əməkdaşlığının imkanlarını müzakirə ediblər. Tərəflər strateji tərəfdaşlığın yaradılmasının vacibliyini vurğulayıblar.

Həmçinin beynəlxalq və regional gündəlikdəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər