“Politico”: Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbulunu təxirə salıb


  • 11:15

Avropa Komissiyası (AK) gözlənildiyi kimi 17 sentyabrda növbəti Rusiya əleyhinə sanksiyalar paketini təqdim etməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Avropa Komissiyası yeni sanksiyaların rəsmi təqdimatının tarixlərini hələki dəqiqləşdirməyib.

Nəşrdə qeyd edilib ki, gecikmə Aİ-nin diqqətini Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən Slovakiya və Macarıstana Rusiya neftindən asılılığını azaltmaq üçün təzyiq göstərməyə dəyişməsi ilə bağlıdır.

Humay Eminqızı

Oxşar xəbərlər