İzmirdə 10 FETÖ üzvü yaxalanıb


  • 12:10

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu FETÖ ilə bağlı apardığı istintaq çərçivəsində 13 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Polisin Konak, Menemen və Seferihisar rayonlarında eyni vaxtda keçirdiyi əməliyyat zamanı 10 şübhəli yaxalanıb.

Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər