- 13:50
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq təzminat iddias qaldırıb.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media platformasındakı hesabında məlumat yayıb.
O, açıqlamasında bildirib ki, qəzet onilliklər ərzində onun özü, ailəsi və fəaliyyəti barədə yalan və böhtan xarakterli xəbərlər dərc edib.
Tramp əlavə edib ki, daha əvvəl “ABC” və “CBS” kimi media qurumlarına qarşı açılmış məhkəmə iddialarında uğur əldə ediblər və oxşar şəkildə təzminat qazanıblar.
Humay Eminqızı