- 17:21
Türkiyənin Ankara şəhərində ailə faciəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Sincan rayonunda iki bacanaq arasında naməlum səbəbdən mübahisə başlayıb.
Mübahisə davaya çevrilib və tərəflərdən biri digərinə atəş açıb.
Həmin şəxs daha sonra avtomobilinə minərək eyni silahla intihar edib.
Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Həkimlər hər iki şəxsin öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı polisin araşdırması davam edir.
Şəbnəm Mehdizadə