Almaniyada silahlı qruplaşma yaratmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb


  • 16:10

Almaniyanın üç əyalətində silahlı qruplaşmalar yaratmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Terrorla Mübarizə Mərkəzi və Polis İdarəsi Aşağı Saksoniya, Baden-Vürtemberq və Şimali Reyn-Vestfaliyanın müxtəlif bölgələrində axtarış aparılıb.

Ümumilikdə 13 ünvanda aparılan axtarışlar zamanı 8 nəfər saxlanılıb.

Şübhəlilərdən dördü ifrat sağçı silahlı qrup yaratmaqda və eyni zamanda lisenziyasız silah saxlamaqda şübhəli bilinir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər