- 18:24
Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya daxil olmasını qadağan edən qanun dekabrın 10-da qüvvəyə minəcək.
E-huquq.az xəbər verir ki, buna görə də Avstraliyada artıq bütün istifadəçilər üçün yaş yoxlaması tələb olunmayacaq. Avstraliyanın e-təhlükəsizlik üzrə komissarı Julie Inman Grant, təlimatda TikTok, Facebook, Snapchat, Reddit, X və Instagram kimi platformaların yalnız 16 yaşdan kiçik istifadəçiləri müəyyən etməyə diqqət yetirməli olduğunu bildirdi.
O qeyd edib ki, platformaların hər kəsdən yaşını yenidən yoxlamasını tələb etməsi ağlabatan olmazdı. Artıq istifadəçilərin əksəriyyətinin 16 yaşdan yuxarı olduğunu təsdiq edən məlumatlar var.
Rabitə naziri Anika Wells də mətbuata verdiyi açıqlamada istifadəçi məlumatlarının qorunmasını vurğulayaraq deyib kİ, bu platformalar artıq hamımız haqqında çox şey bilir.
“Məsələn, 2009-cu ildən bəri Facebook-dan istifadə edirsinizsə, 16 yaşdan yuxarı olduğunuz aydındır. Yenidən yoxlamaya ehtiyac yoxdur" – deyə nazir əlavə edib.
Sosial media şirkətlərinin 16 yaşından kiçik istifadəçiləri bloklamaq üçün “ağıllı addımlar” atdıqlarını sübut etmələri lazım olduğunu bildirən Grant, dekabrın 10-da bütün hesabların birdən-birə bağlanmasının gözlənilmədiyini əlavə edib.
“Facebook”, “TikTok”, “Snapchat”, “Reddit”, “Instagram” və “X” kimi qlobal sosial media platformaları qanuna əməl etmədikdə 33 milyon dollara qədər olunacaqlar.
Şəbnəm Mehdizadə