- 18:24
Vyetnamda yerləşən mağarada aşkarlanan 12 min illik skelet qalıqlarının dünyanın ən qədim qətl hadisəsinin qurbanlarından birinə aid olduğu müəyyənləşib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Oksford Universitetinin arxeoloqu Kristofer Stimpsonun rəhbərlik etdiyi qrup TBH1 olaraq təyin olunan 35 yaşlı kişinin başqa bir insanın hücumu nəticəsində ölmüş ola biləcəyini müəyyən edib.
2017-2018-ci illərdə Tràng An Ümumdünya İrsi Saytındakı Thung Binh 1 mağarasında tapılan skeletin müayinəsi nəticəsində məlum olub ki, həmin şəxs sağlam olub, lakin ağır boyun travması alıb.
Onun dəfn yerində tədqiqatçılar alətlə işlənmiş kvars daşı tapdılar. Bu daş ərazidəki digər alətlərdən fərqli idi və xaricdən gətirilib.
Təhlillər zamanı məlum olub ki, kişinin boynundakı sümük sınıb və bu nahiyədə infeksiya yaranıb. Tədqiqatçılar onun boynuna daş ucu nizə və ya ox ilə vurulduğuna və yaranın irinlənərək günlər və ya həftələr ərzində ölümünə səbəb olduğunu ehtimal edir.
Bu tapıntı Cənub-Şərqi Asiyada məlum olan ən qədim insan qətli hadisəsi hesab olunur. Əvvəllər Sudandakı Cebel Sahaba qəbiristanlığında 13 min il əvvələ aid zorakılıq izləri tapılmışdı.
Araşdırma Proceedings of the Royal Society B jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə