Qəzzada ölənlərin sayı 64 min 964 nəfərə çatıb


  • 17:41

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 59 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 386 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 64 min 964 nəfərə, yaralı sayı isə 165 min 312 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər