COVID-19 virusu 750 gün bədənində aktiv qaldı: dünyada nadir yoluxma hadisəsi araşdırıldı


  • 17:32

2020-ci ildə COVID-19 infeksiyasına yoluxan 41 yaşlı kişi 750 gündən çox müddət ərzində sağala bilməyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu müddət ərzində onun tənəffüs problemləri davam edib və beş dəfə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər vurğulayırlar ki, bu, SARS-CoV-2 infeksiyasının iki ildən çox davam edən aktiv fazasıdır.

Boston Universitetinin alimi Joséline Velasquez-Reyes və onun komandası 2021-ci ilin martından 2022-ci ilin iyuluna qədər xəstədən götürülmüş nümunələri araşdırıb. Araşadırma zamanı virusun ümumi populyasiyada müşahidə olunan sürətlə mutasiyaya uğradığı aşkar edilib. Bundan əlavə, omikron variantında görülən bəzi sünbül mutasiyaları da xəstədə müəyyən edilib.

Xəstə 2020-ci ilin may ayında COVID-19-a yoluxub və lazımi tibbi xidmətdən yararlana bilməyib.

Mütəxəssislərin fikrincə, belə halların müalicəsi həm fərdi sağlamlıq, həm də ictimai təhlükəsizlik üçün prioritet olmalıdır. Tədqiqatçılar peyvəndin davamlı olmasının və izdihamlı qapalı məkanlarda maskalardan istifadənin vacibliyini bir daha vurğulayıb.

Araşdırma The Lancet jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər