- 20:26
BMT-nin baş katibi Antoniu Quterreş Ümumdünya Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli həftəsində Rusiya nümayəndə heyəti ilə görüşəcəyinə ümid etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında deyib.
“Ümid edirəm, Rusiya Federasiyasının nümayəndə heyəti ilə görüş olacaq”, – Quterreş vurğulayıb.
Baş katib həmçinin Ukrayna nümayəndə heyəti ilə də görüşməyi planlaşdırdığını qeyd edib.