- 12:31
Türkiyənin Samsun şəhərində zavodda yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Samsunun Tekkeköy rayonunda mişar zavodunda naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və polis göndərilib.
Təxminən iki saat yarım davam edən müdaxilədən sonra yanğın nəzarət altına alınıb.
Samsun valisi Orhan Tavlı hadisə yerinə baş çəkib.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Şəbnəm Mehdizadə