- 12:31
Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq zamanı 10 şübhəli barəsində həbs qərarı çıxarıb.
Şübhəlilərin Ankaradakı köşklər, ərzaq mağazaları və marketlər kimi müəssisələrdə yerləşən stasionar telefonlardan istifadə edərək təşkilat üzvləri əlaqə saxladıqları müəyyən edilib.
Ankara Polisi 3 vilayətdə əməliyyat keçirib.
Şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə