ABŞ-də övladı intihar edən üç ailə süni intellekt şirkətini məhkəməyə verdi


  • 12:11

ABŞ-da üç ailə süni intellektlə işləyən Character.AI söhbət proqramının yaradıcısı “Google”a qarşı iddia qaldırıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ailələr proqramın onların uşaqlarının intiharında və ya intihara cəhdində rol oynadığını iddia edirlər.

Şikayətlərə görə, proqramdakı chatbotlar uşaqları ailələrindən uzaqlaşdırıb, emosional manipulyasiyalara əl atıb, onlarla seksual xarakterli söhbətlər edib.

Belə ki, 13 yaşlı Juliana Peralta intihar etməzdən əvvəl həftələrcə chatbotlarla belə söhbətlər edib.

Nyu-Yorkda başqa bir hadisədə ailəsi proqramı bağladıqdan sonra Nina adlı uşağın intihara cəhd etdiyi bildirilir. Ailənin dediyinə görə, chatbotun qızları ilə olan söhbətləri yersiz və açıq seksual xarakterli olub.

Lakin şirkətin rəsmisi bildirib ki, istifadəçilərin təhlükəsizliyini dərindən qiymətləndiririlir.

Bu iddialar süni intellekt chatbotlarının gənclərdə psixi sağlamlıq böhranlarına səbəb olması ilə bağlı artan narahatlıqlarla üst-üstə düşür. Valideynlər bu həftə ABŞ Senatında keçirilən dinləmələrdə ifadə veriblər. Eyni dinləmədə çıxış edən Amerika Psixoloji Dərnəyindən Mitch Prinstein bildirib ki, vaxtında tədbir görülmədi və bunun bədəlini uşaqlarımız ödəyir.

Federal Ticarət Komissiyası (FTC) gənclərə potensial zərərlə bağlı Google, Meta, Snap, OpenAI, xAI və Character.AI daxil olmaqla yeddi texnoloji şirkətlə bağlı araşdırmaya başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər