Çin hava yolu şirkəti 29 saatlıq birbaşa uçuşa start verir


  • 12:18

Çinin dövlət aviaşirkəti China Eastern Airlines, Şanxay və Argentinanın paytaxtı Buenos Ayres arasında yeni marşrutun istifadəyə verildiyini açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkət bunu dünyanın ən uzun birbaşa uçuşu kimi təqdim edib.

Şanxay Pudonq Hava Limanından (PVG) qalxan uçuş Buenos Ayresdəki Ministro Pistarini Hava Limanına (EZE) təxminən 25,5 saata çatacaq. Dönüş uçuşu isə 29 saat çəkəcək.

Aviaşirkət səyahət zamanı Yeni Zelandiyanın Oklend şəhərində iki saatlıq fasilə olacağını bildirib.

Sərnişinlər bu müddət ərzində təyyarədən enə və qısamüddətli fasilə verə biləcəklər.

Yeni marşrut dekabrın 4-dən başlayaraq həftədə iki dəfə geniş gövdəli Boeing 777-300 təyyarələri ilə həyata keçiriləcək.

Hazırda Şanxay-Buenos-Ayres marşrutu üzrə ən sürətli variantları Air France və Lufthansa şirkətləri təqdim edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər