ABŞ-də məktəb yaxınlığında atışma baş verib, 3 nəfər ölüb


  • 15:37

ABŞ-də məktəbin yaxınlığında atışma baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin İllinoys ştatının Bervin şəhərində yerləşən orta məktəbin yaxınlığında bir nəfər uzun lüləli tüfənglə avtomobilə atəş açıb.

Avtomobildə olan 2 nəfər həlak olub.

Polis rəsmiləri bildiriblər ki, hücum edən şəxs daha sonra zabitlərə atəş açıb.

Hadisənin məişət münaqişəsi zəminində baş verdiyi bildirilib.

Hadisəni törədən şəxsin daha sonra intihar etdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər