- 17:26
Nigeriyada bu il “Lassa” qızdırmasından ölənlərin sayı 162-yə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilib ki, paytaxt Abuca da daxil olmaqla, digər 21 əyalətdə yoluxma halları artmaqda davam edir.
Açıqlamada qeyd olunub ki, 25-31 avqust tarixləri arasında ölkədə 10 yeni yoluxma hadisəsi aşkarlanıb və bununla da yanvarın 1-dən avqustun 31-dək Lassa qızdırmasına yoluxanların ümumi sayı 871-ə çatıb.
Açıqlamada bu dövrdə “Lassa” qızdırmasından ölənlərin sayının 162-yə yüksəldiyi də qeyd edilib.
Qeyd edək ki, “Lassa” virusu ötən il ölkə üzrə 190 nəfərin həyatına son qoyub. “Lassa” qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində qeydə alınıb.
Şəbnəm Mehdizadə