- 17:26
İranda İsrailin xarici kəşfiyyat agentliyi olan Mossada casusluq etməkdə təqsirləndirilən şəxs edam edilib.
E-huquq.az xəbər verir kİ. bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Bildirilib ki, İsraillə məlumat mübadiləsi aparan Mossad casusu Babək Şehbazi bu gün səhər saatlarında edam edilib.
Şehbazi Mossadın İsmayıl Fikri adlı agenti ilə görüşüb və daha sonra yüksək rütbəli dövlət məmurlarının yeri və hərəkətləri ilə bağlı məlumatları satmağı təklif edib. O, özü və ailəsi üçün ABŞ-də daimi yaşamaq, həmçinin 120 milyon dollar pul və ya kriptovalyuta tələb edib.
2024-cü ilin fevralında Şehbazi və Fikrinin Skype vasitəsilə israillilərə kəşfiyyat məlumatı çatdırdıqları bildirilib. Daha sonra Sami Benjamin Michael kod adlı Mossad agentləri ilə əlaqə saxlayan Şehbazinin Mossaddan təlim aldığı bildirilib.
Şehbazinin İsmail Fikri adlı Mossad agentinin həbsindən sonra ələ keçirildiyi və dindirilmə zamanı təqsirini etiraf etdiyi bildirilir.
Şəbnəm Mehdizadə