- 17:26
Ali Rada Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yüzillik tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verirr ki, sazişin şərtlərinə görə, London 2031-ci ilə qədər lazım gələrsə, daha sonra da Kiyevə hər il azı 3,6 milyard funt sterlinq (4 milyard avrodan çox) dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürür.
Qeyd edək ki, bu sazişi hələ 2025-ci ilin yanvarında Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Keir Starmer imzalayıb.
Saziş özündə hərbi dəstəklə yanaşı ölkələr arasında texnoloji inkişaf, elmi tədqiqatlar, kənd təsərrüfatı texnologiyaları, pilotsuz təyyarələrin tikintisi, eləcə də mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlığa dair öhdəlikləri ehtiva edir.
Humay Eminqızı