Türkiyənin bu vilayətində yanğın başlayıb


  • 16:44

Türkiyənin Tokat şəhərində kolluq ərazidə yanğın başlayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tokatın Kayaönü kəndində meşənin yaxınlığındakı kolluq ərazidə naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə Artova və Yeşilyurt bələdiyyələrinin yanğınsöndürənləri, su maşınları və jandarma göndərilib.

Bölgədə yanğınsöndürmə işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər