- 16:44
Türkiyənin Manisa vilayətinin Yunusemre rayonunda yerləşən palet istehsalı fabriki ərazisində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fabrikin köhnə paletlərin saxlandığı hissəsində naməlum səbəbdən başlayan yanğın qısa müddətdə genişlənib.
Alovlar fabrikin yaxınlığında olan ağaclıq sahəyə də keçib.
Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub.
Yanğının qarşısı təxminən 6 saat davam edən intensiv mübarizə nəticəsində alınıb.
Hazırda ərazidə soyutma işləri aparılır.
Hadisənin dəqiq səbəbi ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə