- 20:20
İsrailin Qəzzaya hücumu nəticəsində həlak olan fələstinlilərin sayı 65 min nəfəri keçib.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 65 062 nəfərə çatıb, 165 697 nəfər isə yaralanıb.