İbrahim Kalın Suriya prezidenti ilə təhlükəsizliyi müzakirə edildi


  • 17 Sentyabr 22:32

Suriyada səfərdə olan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Dəməşqdə Suriya prezidenti Əhməd əş-Şaara ilə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və suriyalı qaçqınların könüllü qayıdışı kimi məsələlər müzakirə olunub.

Kalın Türkiyənin Suriya hökumətinə hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün öncə Ankaranın Suriya hökumətinin qonşu ölkədə bütövlük, sabitlik və təhlükəsizliyin təmin edilməsinə dair səylərini dəstəkləməkdə qətiyyətli olduğunu bəyan edib.

Türkiyə lideri qeyd edib ki, Ankara və Dəməşq Müdafiə Nazirliyi və kəşfiyyat xidmətləri səviyyəsində sıx təmasdadır.

Oxşar xəbərlər